Yazını böyüt
Yazını kiçilt
Son gün ərzində Pakistanda 2 min 475 nəfər COVID-19-a yoluxub ki, bununla da xəstələrin sayı 479 min 475 nəfərə çatıb.
Hafta.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə son sutkada koronavirusdan 58 nəfər vəfat edib. Ümumilikdə infeksiyadan ölənlərin sayı 10 min 105 nəfərə çatıb.
Qeyd olunur ki, müalicə müəssisələrində 34 min 537 xəstə var, 2 min 206 pasiyentin vəziyyəti isə kritikdir.
İndiyədək Pakistanda 6 milyon 696 min 68 nəfər test edilib.