Pakistandan çıxarılan əfqan qaçqınların sayı 220 minə çatdı

12:10 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanla Pakistan arasında əsas keçid məntəqəsi olan Torxam sərhəd-buraxılış qapısı piyadalar və nəqliyyat vasitələri üçün yenidən açılıb.

Hafta.az-ın yazdığına görə, keçid bağlandıqdan sonra çox sayda insan və yüklə dolu maşın sərhədin hər iki tərəfində ilişib qalmışdı.

Bu arada, Pakistan tərəfi ölkə ərazisində qeyri-qanuni məskunlaşmış əcnəbilərin repatriasiyası davam etdirib. Son məlumata görə, 217825 əfqan immiqrant Hayber Paxtunxvanın üç sərhəd məntəqəsi vasitəsilə Əfqanıstana qaytarılıb.

Hayber Paxtunxva vilayəti Daxili İşlər Nazirliyinin məlumatına əsasən, immiqrantların tam əksəriyyəti - 214194 nəfəri məhz Torxam sərhəd buraxılış məntəqəsindən keçməklə Əfqanıstana geri göndərilib.