Parlamentin komitə üzvlərindən Fonda dəstək

23:21 21.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi  sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə  onlayn toplantı keçirdik".

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

"Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində  Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur", - deyə Naqif Həmzəyev bildirib.