Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya (OT) Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
Xatırladaq ki, Nikolyan təntənəli mərasim zamanı bayraqdarın əlindən Azərbaycan bayrağını qoparıb yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq.
Bu vandalizmlə əlaqədar Azərbaycan komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb, buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsi göstərilir.