Yazını böyüt
Yazını kiçilt
“Vətəndaş müqaviləsi” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğunu əldə edəcək”.
Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb:
“Beləliklə, yeni seçilmiş parlamentdə “Vətəndaş müqaviləsi” partiyası konstitusion çoxluğa malik olacaq və yeni hökumət formalaşdıracaq”.
Xatırladaq ki, seçkilərdə “Vətəndaş müqaviləsi” partiyası 53,92% səs toplayıb. Bunun sayəsində partiya 101 yerlik parlamentdə 54 deputat kürsüsünə malik olacaq. Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku (21,04%) və “Şərəf duyuram” bloku (5,23%) da parlamentdə təmsil olunacaq.