Paşinyan parlamentin iclas zalına girmədən bütün butulkalar yığışdırıldı...

19:24 15.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentə gəlişindən əvvəl iclas zalından bütün  su butulkaları yığışdırılıb.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Xatırladılır ki, Ermənistan qanunverici orqanının dörd günlük parlament iclaslarının üçüncü günündə  hökumət üzvləri ilə ənənəvi bir görüş keçirilir və bu zaman deputatlar hökumət üzvlərinə onları və ictimaiyyəti maraqlandıran sualları vermək imkanına malik olurlar.

Bundan əvvəl, sentyabrın 25 -də Ermənistan parlamentində iki müxalifət partiyası deputatlarının və hakim çoxluğun iştirakı ilə kütləvi dava baş verib. Dava zamanı yalnız yumruqlardan deyil, plastik su butulkalarından da istifadə olunub.

Oxunma sayı 758