Paşinyana alma atdı, axtarışa verildi

18:25 24.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda naməlum şəxs ölkənin Baş naziri Nikol Paşinyana alma atıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “armlur.am” portalı yayıb.

Məlumata görə, insident Rubinyants küçəsində baş verib. Belə ki, Paşinyan öz qohumuna baş çəkməyə gedib. Bu zaman bina sakinlərindən biri Paşinyan tərəfə alma atıb. 

Hazırda ölkənin hüquq-mühafizə orqanları həmin şəxsin axtarışları ilə məşğuldur. Onun kimliyi və hadisənin motivləri araşdırılır.