Paşinyanın deputat qaynını parlamentdən QOVDULAR-FOTO

14:36 25.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri N.Paşinyanın qaynı və “Vətəndaş sazişi” partiyasından deputat Qraç Akopyan müxalifət nümayəndələri ilə əlbəyaxa olduqdan sonra parlamentin iclas salonundan çıxarılıb.

Hafta.az xəbər verir ki, bu haqda  “ArmenianReport” məlumat yayıb.  Müxalifətlə hökumətyönlü depautatlar arasında dava “Vətəndaş sazişi” partiyasından deputat Hayk Sarkisyanın çıxışı zamanı başlayıb. Keçmiş müdafiə naziri, indi isə “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan vətənə xəyanət ittihamlarına cavab olaraq H.Sarkisyana bir butılka atıb və bundan sonra ara qarışıb.

Daha sonra isə Q.Akopyan jurnalistlərə verdiyi müsahibədə əslində müxalifətlə mübahisə yaradan Hayk Sarkisyanın keçmiş müdafiə nazirinə ünvanlanmış sözlərini təkrarlayıb. Xüsusilə, Sarkisyan S.Ohanyanın vaxtında  vətəndaşların "rüşvət qarşılığında hərbi xidmətdən azad edildiklərini" bildirib.

“Seyran Ohanyan bir butulkanı Hayk Sarkisyana tərəf atıb. Baş verən budur. Müxalifətçilərin necə olduğunu bilin”-deyə Akopyan bildirib. Zaldan niyə çıxarıldığını soruşduqda isə Akopyan "Bilmirəm, coşmuşdum"- cavabını verib.