Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Gümrüdə əvvəlcədən planlaşdırılmış görüşü baş tutmayıb.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Daha əvvəl yazmışdıq ki, Ermənistan baş nazirinin oğlu Aşot Paşinyan aprelin 12-də Gümrüyə səfər edərək gənclərlə görüşəcək və müasir incəsənətə yanaşmalarını təqdim edəcək. Dünən hraparak.am-a məlum olub ki, görüş baş tutmayıb, çünki Aşot Paşinyan nədənsə Gümrüyə getməyib. Üstəlik, görüşün qeyri-müəyyən müddətə təxirə salındığı da bildirildi”,- erməni nəşrinin məlumatında belə deyilir.
Xatırladılır ki, “Restart Gümrü” gənclər-vətəndaş mərkəzinin yaydığı məlumatda bildirilib:
“Məmnuniyyətlə bildiririk ki, “Restart Gümrü” gənclər-vətəndaş mərkəzinin ofisində müasir rəssam Aşot Paşinyanla görüş-müzakirə keçiriləcək.
Görüşün qonağı son zamanlar ən çox müzakirə olunan, əsərləri və bədii yanaşmaları geniş ictimaiyyət arasında mənalı müzakirələrə səbəb olan müasir erməni rəssamlarından biridir”.