Paytaxt sakinindən avtomat silah götürülüb

13:57 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramana qəsəbə sakini İ.Nağıyev Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, ondan nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, patron darağı və 26 patron aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.