Paytaxt sakinlərini aldadaraq pullarını alan şəxs saxlanılıb

15:40 04.07.2019
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43 min ABŞ dollarının alındığını bildirib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

L.Əliyeva polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun cari ilin martında Bakı şəhər sakini olan daha bir qadını da aldadaraq 4 min manat pulunu aldığı müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.