Yazını böyüt
Yazını kiçilt
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq paytaxt küçələrində dezinfeksiya işləri aparılır. Lakin yoluxma sayını kəskin artdığı bu günlərdə küçələrin yuyulması hallarına şahid olmuruq.
Hafta.az-ın məlumatına görə, paytaxt küçələrinin bütövlükdə dezinfeksiyası üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ayrı-ayrı rayonların küçələrinin dezinfeksiyasına gəldikdə isə bu hər bir rayon icra orqanının öhdəliyindədir.
Qeyd edək ki, Bakı küçələrində sonuncu dezinfeksiya işləri ötən ayın 16-da həyata keçirilib.