“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən hafta.az-a bildirilib ki, növbəti həftə (iyulun 18-dən 22-ə qədər) saat 11:00-da paytaxtın 5 rayonunda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü Nərimanov rayonunda (Montin qəsəbəsi, 57 nömrəli məktəbin yanı), 2-ci günü Yasamal rayonunda (Yeni Yasamal 1, bina 3), 3-cü günü Binəqədi rayonunda (M. Ə. Rəsulzadə qəsəbəsi, Ramiz Aboyev Parkının qarşısı), 4-cü günü Xətai rayonunda (Xocalı prospekti, Xocalı Parkı), 5-ci günü Nizami rayonunda (Şirin Mirzəyev və Məmmədəli Şərifli küçələrinin kəsişməsi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.