Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasında ehtimal edilən yeni səfərbərlik dalğası ilə bağlı şayiələrə əhəmiyyət verməməyə çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
“Bu barədə hər şey eyni Telegram kanallarında dəfələrlə deyilib. Ümumilikdə Telegram kanallarına belə önəm verməyə ehtiyac yoxdur”, - Kreml sözçüsü bildirib.
Peskov vurğulayıb ki, səfərbərlik barədə ilkin məlumat mənbəyi prezidentin başçılıq etdiyi Rusiya rəsmi orqanlarıdır.