Peyvənd olunan baş nazir koronavirusa yoluxdu

23:00 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lüksemburqun Baş naziri Ksavye Bettel koronavirusa yoluxub.

Hafta.az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir 10 gün karantində qalacaq və öz vəzifəsini məsafədən icra edəcək. K.Bettel xəstəliyi yüngül formada keçirir.

Qeyd edək ki, Lüksemburqun baş nazirinə mayın əvvəlində vaksinin birinci dozası vurulub, ikinci doza isə gələn həftə vurulmalı idi.