Peyvənd olunanların sayı açıqlanıb

17:20 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 799 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 153, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 287 nəfərdir.