Peyvənd olunanların sayı açıqlanıb

17:17 29.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 026 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 970, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 645 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 802, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 226 442, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 767 nəfər təşkil edir.