Polis rəisinin müavini qəfildən dünyasını dəyişdi

22:21 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

 

Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

 

Məlumatda bildirilir ki, 49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Məlumatı APA-ya DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.