Polis Türkiyə bayrağına hörmətsizlik edən şəxsi axtarır - VİDEO

17:25 29.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qara Qarayev" metrostansiyanın yaxınlığında əlində bıçaq küçədə gəzən şəxs təhlükəsizlik kameralarına düşüb.

 

Həmin şəxs əlindəki bıçaqla anidən Türkiyə bayrağının ipini kəsərək, ərazidən uzaqlaşıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev hafta.az-a bildirib ki, görüntülərdən məlumatlıdırlar, hazırda araşdırma aparılır.
 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.