Avqustun 3-də Polşanın baş naziri Mateuş Moravetski təcili olaraq Litva prezidenti Gitanas Nauseda ilə görüşərək, digər məsələlərlə yanaşı, Belarus və Rusiyanın təxribatlarını da müzakirə edib.
Hafta.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu haqda G.Nausėda “Tvitter”də paylaşma edib.
Litva prezidenti Polşanın baş naziri ilə Baltikyanı ölkələrin ərazisini Polşa və digər NATO ölkələri ilə birləşdirən, həmçinin Rusiyanın Kalininqrad vilayətini və Belarusiya ərazisi ayıran region olan Suvalski dəhlizinin yaxınlığında baş tutan görüşü məhsuldar adlandırıb.
Nausedanın sözlərinə görə, görüş zamanı Polşa və Litva sərhədlərində təhlükəsizlik vəziyyəti müzakirə olunub.
“RMF 24” kanalı xəbər verir ki, Moravetski bir gün əvvəlki video-müraciətində "Polşa və Litva arasında əməkdaşlıq təhdidlər və təxribatlar qarşısında vacibdir" -deyə bildirib.
O vurğulayıb ki, Polşa Belarus və Rusiya xüsusi xidmət orqanlarının təxribat və hibrid hücumları təhlükəsi altında qalır.
“Məhz NATO-nun şərq cinahında gərginliyin artması üçün “Vaqner” qrupunun muzdluları Belarusa gətirilib. Belə təxribatlar daha çox olacaq və onlar Polşada və digər NATO ölkələrində və xüsusən də bizim bölgəmizdə çaşqınlıq yaratmağa hesablanacaqlar. Buna görə də Sabah Litva Prezidenti Gitanas Nauseda ilə Suvalski bərzəxində təcili görüşüm olacaq”- Polşa baş naziri video-müraciətində belə deyib.