Yazını böyüt
Yazını kiçilt
Polşa prezidenti Anjey Duda NATO ölkələrini Ukraynaya hərbi münaqişə bitəndən sonrakı dövr üçün təhlükəsizlik zəmanəti verməyə çağırıb, Financial Times yazır.
Dudanın sözlərinə görə, təhlükəsizlik zəmanəti vədi və “NATO-nun onları dəstəklədiyi hissi” həm Ukrayna hakimiyyəti, həm də onun əsgərləri üçün vacibdir.
FT-nin fikrincə, NATO ölkələrinin Ukraynaya verə biləcəyi zəmanətlər alyansın ABŞ, Böyük Britaniya və Fransa kimi aparıcı güclərini gələcəkdə Ukraynaya hücum olacağı təqdirdə hərbi yardım göstərməyə faktiki olaraq məcbur edəcək. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bu cür zəmanətləri İsrailin ABŞ-dan aldığı zəmanətlərə bənzədir.