Yazını böyüt
Yazını kiçilt
Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, respublika yaxın vaxtlarda Ukraynaya MiQ-29 qırıcılarını göndərə bilər. Bu barədə RİA Novosti məlumat yayıb.
Polşa hökumətinin başçısı bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi ilə bağlı suala cavabında deyib: "Bu, yaxın 4-6 həftə ərzində baş verə bilər".
Bundan əvvəl Slovakiyanın müdafiə naziri Yaroslav Nagy bildirmişdi ki, Slovakiya ölkədə mövcud olan 11 Sovet istehsalı olan MiQ-29 qırıcılarından onunu Ukraynaya verə bilər.