Polşa Ukraynaya bütün MiQ-29-larını verəcək

17:55 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Polşadan 8 ədəd MiQ-29 qırıcısı alacaq. Onlardan 4-ü artıq bu yaxınlarda təhvil verilib, daha 4-ü yüklənməyə hazırlanır. Bunu Polşa prezidenti Anjey Duda Varşavada Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çox güman ki, məsələ bu təyyarələrlə məhdudlaşmayacaq və Polşa köhnə təyyarələrini Ukraynaya köçürməyə davam edəcək.

"Biz hazırıq, mən bu barədə Ukrayna prezidenti ilə danışdım, daha altıs;n;n transferinə hazırıq, onlar indi bunun üçün hazırlanır. Güman edirik ki, onlar tezliklə transfer oluna bilər", - Duda bildirib.