Prezident İlham Əliyev: Latviya Aİ ilə Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır

16:12 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyasi dialoq və iqtisadi əməkdaşlıq Azərbaycanla Latviya arasında sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, həmçinin Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır.