Prezident İlham Əliyev: Latviya və Azərbaycan strateji tərəfdaşlardır

15:49 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib.

Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.