Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev 19-20 sentyabrdakı Qarabağ hadisələrindən sonra ilk dəfə birlikdə MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Hafta.az xəbər verir ki, bu haqda RİA Novosti yazır.
Qeyd olunur ki, rəsmi İrəvan və Bakı tədbir çərçivəsində siyasətçilərin ikitərəfli görüşünün keçirilməsi planlarını hələlik açıqlamayıb.
Nikol Paşinyan və Əliyev sonuncu dəfə iyulun 15-də Brüsseldə görüşüblər, bu, onların bu il sayca beşinci görüşü olub.
Xatırladılır ki, Ermənistan baş naziri artıq Sankt-Peterburqdadır və orada Avrasiya İqtisadi Şurasının sessiyasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.