Prezident İlham Əliyevlə Paşinyanın görüşünün vaxtı ELAN EDİLDİ

11:26 14.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Hafta.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb.

Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək.

Xatırladaq ki, bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu ilin may ayının 14-də baş tutub.

Siyasət rubrikasından digər xəbərlər