Prezident və nazirlər məhkəmədə UDUZDU

16:11 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziya məhkəməsi, Prezident Joko Widodo və altı yüksək vəzifəli məmurun vətəndaşları təmiz hava ilə təmin etmək məsələsində səhlənkarlığı yol verməkdə təqsirdi bilib və paytaxt Cakartada hava keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac olduğuna qərar verib.

Hafta.az xəbər verir ki, 2019-cu ilin iyul ayında Mərkəzi Cakarta Rayon Məhkəməsi Prezident Widodo və Daxili İşlər, Sağlamlıq və Ətraf mühit Nazirləri də daxil olmaqla  Cakarta, Banten və Qərbi Yava qubernatorlarına qarşı iddia qaldıran 32 nəfərlik bir qrupun lehinə qərar verib.  Onlardan şəhərdə daha sağlam bir həyat mühitini təmin etmək tələb olunub.

Məhkəməyə sədrlik edən hakim Saifuddin Zuhri, yeddi məmurun insan sağlamlığını, ətraf mühiti və elm və texnologiyaya əsaslanan ekosistemləri qorumaq üçün ciddi addımlar atmasını, həmçinin insanların sağlamlıq hüquqlarını təmin edərək Cakartada havanın keyfiyyətinin yaxşılaşdırılması üçün nəzarəti gücləndirməli olduğunu bildirib.

Cakartanın 10 milyon əhalisi olsa da, şəhərin ətrafında bu rəqəmdən üç dəfə çox əhali yahayır.

Son illərdə xüsusilə nəqliyyat, hava çirkliliyi, içməli su problemi, infrastruktur çatışmazlıqları və artan əhali problemləri şəhərdəki ətraf mühitə təsir etməkdə davam edir.

Araşdırmaya görə, dəniz səviyyəsindən aşağı olan və suyun altında batmağa davam edən paytaxtın 40 faizinin 2050-ci ildə su altında qalma ehtimalı var.

Çirkab suların yalnız çox kiçik bir hissəsinin təmizlənə biləcəyi paytaxtda, insanların çoxu təmiz suyun paylanmasında lazımi infrastrukturun olmaması səbəbindən yeraltı suyu çəkir və bu da torpaq sahəsinin böyük bir ərazidə çökməsinə səbəb olur.

Oxunma sayı 307