Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

15:03 19.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az yazır ki, görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri, ümumilikdə 100-dən artıq qəsəbə sakini iştirak edib.

Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Sakinlərdən 8 nəfəri icra hakimiyyətinin başçısı S.Mikayılov tərəfindən fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə həll olunub. Baxılması vaxt tələb edən müraciətlərin həlli istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.