Rusiya diktatoru Vladimir Putin vaqonları hamam, idman zalı, gözəllik salonu və kinoteatrla təchiz olunmuş 6 milyard rubldan çox dəyərə malik qatarda dəmir yolu ilə səyahət edir.
Hafta.az-ın xəbərinə əsasən “Westdeutscher Rundfunk” yazır: "Vladimir Putinin xüsusi qatarını Rusiya Dəmir Yollarının rəhbərliyi və Federal Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı idarə edir. Qatar üçün yeni vaqonlar Putinin ilk prezidentlik dövründə istehsal olunmağa başlanıb və ən son əldə edilənlər isə xüsusi təyinatlı vaqonlardır. Vaqonlarda idman zalı, hamam, bar və kinoteatr var. Qatar büdcəyə ən azı 6,8 milyard rubla başa gəlib.
Bildirilir ki, “Zircon Service” müəssisəsi vaqon istehsalı ilə məşğuldur. “Zircon”un daxili sənədlərindən belə məlum olur ki, son illər şirkət xüsusi tapşırıqla məşğul olub və Putin üçün idman qatarı hazırlayır. Xüsusilə, bu qatar rus liderə nəinki rahatlıqla səyahət etmək, həm də özünə qulluq göstərmək imkanı verir.
İçəridə kosmetoloq kabineti, idman zalı və hətta hamam var, lazım gələrsə, bu vaqonda zəruri müasir tibbi avadanlıqlar quraşdırıldığından qəfil xəstələnən, qəzaya düşən və sair xoşagəlməz hallara məruz qalan insanın həyatını xilas etmək də mümkündür.
Lakin orada fərqli xarakterli prosedurların həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə radioliftinq aparatı, “Ionto Beauty” kosmetik kombinatı, “Ionto Sono” ultrasəs terapiya aparatı, “Circus” böyüdücü lampa və daha çox şey nəzərdə tutulub. Xüsusilə, buradakı cihazlar yüksək tezlikli radiodalğaların köməyi ilə dərini cavanlaşdırmağa kömək edir və sair.
Kosmetologiya otağı dinləmələrdən mühafizə olunub, orada “akustik məlumat sızmasından qorunmaq üçün ayrıca cihazlar” quraşdırılıb.
Növbəti otaq idman zalıdır - hiperuzatma maşını, pilləkən platforması, tatami, gimnastika döşəyi və səkkiz kiloqrama qədər çəkisi olan qantellərlə təchiz olunub. Prezidentin mühafizə xidməti bud əzələlərini məşq etmək üçün idman avadanlıqlarına da xüsusi diqqət yetirib.
Həmçinin, qatarı istismara hazırlayarkən məcburi tələb, qatar siqnal olmayan yerdən keçərkən yayını dayanmayan Rusiya televiziyasının olmasıdır.
Qeyd edək ki, Putinin xidmətində 22 vaqon var, onlardan 8-i sovet dövründə, digərləri isə 2004-cü ildən sonra istehsal edilib. Bütün vaqonlar eyni vaxtda istifadə edilmir.