Rusiya prezidenti Vladimir Putin federal televiziyaya verdiyi açıqlamada martın 19-da işğal etdikləri Ukrayna şəhəri Mariupola səfəri zamanı sükan arxasına keçərək gecə vaxtı avtomobil səyahətindən danışıb.
Hafta.az-ın yazdığına görə, bölgədə davam edən sanksiyaları görmək və yerli əhali ilə əlaqə saxlamaq, onların fikirlərini dinləmək üçün getdiyini bildirən Putin, avtomobil idarə edərkən kəmər taxmadığını etiraf etsə də, məntiqli səbəbini açıqlayıb.
Jurnalist Pavel Zarubin “Niyə gecə vaxtı xarici şəhərdə yük maşınları sizə tərəf gələrkən və traktorlar ətrafda hərəkət edərkən avtomobili özünüzü idarə etdiniz?” deyə soruşub. Putin gülərək deyib: “Biz əslində heç nəyi pozmadıq. Pozduğumuz yeganə şey avtomobili təhlükəsizlik kəməri olmadan idarə etmək idi. Amma bu cür fövqəladə hallarda təhlükəsizlik kəmərlərini bağlamamaq və maşından tez düşmək daha yaxşıdır".
Putin avtomobili təhlükəsizlik kəməri taxmadan sürməsinin səbəbini açıqlayıb
11:30 27.03.2023
Müəllif:Vüsal Tağıbəyli

Yazını böyüt
Yazını kiçilt
Oxunma sayı 235
Dünya rubrikasından digər xəbərlər