Yazını böyüt
Yazını kiçilt
Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova liderlərini, Gürcüstan və Ukrayna xalqını təbrik edib.
Hafta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə, arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - deyə məlumatda bildirilib.