Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetdən xarici işlər naziri Sergey Lavrovun “Hitlerdə də yəhudi qanı var” deməsinə görə üzr istəyib.
Hafta.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Baş nazir Bennett Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudilər və Holokostla bağlı mövqeyini aydınlaşdırdığına görə təşəkkür edib", - İsrail baş nazirinin ofisinin bəyanatında deyilir. Moskvanın neo-nasist olmaqda ittiham etdiyi Ukrayna prezidenti Vladimir Zelenskinin əslən yəhudi olduğu xatırladılan Rusiya Xarici İşlər naziri Lavrovun “Hitlerin də yəhudi olduğuna dair söz-söhbətlər var” sözləri kəskin reaksiyaya səbəb olub.
Kremldən verilən açıqlamada iki liderin Ukraynanı müzakirə etdiyi, üzr istəmə məsələsinə toxunulmadığı qeyd edilib. Bəyanata görə, Putin Bennettə “Mariupoldakı Azovstal obyektində qapalı qalan mülki şəxslərin təhlükəsiz təxliyyəsini təmin etməyə hazır olduğunu, lakin Ukrayna əsgərlərinin təslim olmasını” deyib.