Putin çarəsiz durumda – DÖYÜŞƏ QADIN MƏHBUSLAR GÖNDƏRİLİR

15:40 15.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiyanın şəxsi heyət arasında ciddi itkiləri durmadan artır.

Artıq vəziyyət o həddə çatıb ki, bir müddət əvvəl “Vaqner” özəl hərbi şirkəti Rusiyada məhbusları sırasına cəlb edib Ukrayna müharibəsinin ən qaynar nöqtələrinə göndərirdi. İndi isə sıra qadın məhbuslara çatıb.

Hafta.az xəbər verir ki, bir gündə 1090 əsgər itirən Putin qadın məhbusları cəbhəyə deportasiya etməyə başlayıb. Rus əsgərlərinin verdiyi ağır itkiləri bu yolla kompensasiya etməyə çalışan Putin qadınları ön cəbhədə döyüşdürməyə hazırlaşır.