Rusiyanın Ukrayna ərazisinə başlatdığı müharibənin 67-ci günündə ingilis mediası maraqlı xəbər yayıb.
Hafta.az-ın yazdığına görə, ingilis mediası iddia edib ki, Rusiya prezidenti Vladimir Putinin ağır xərçəng xəstəsidir və hazırda vəziyyəti çox ciddiləşib. İngilislər Kremldəki adını gizli saxladıqları mənbəyə əsaslanaraq iddia ediblər ki, Putin yaxın günlərdə əməliyyat olunacaq. Amma əməliyyat mütləq şəkildə mayın 9-dan sonraya nəzərdə tutulub.
V.Putinin əməliyyatdan çıxacağı günədək Rusiya prezidenti vəzifəsi, 2008-ci ildən bəri Təhlükəsizlik Şurasına rəhbərlik edən Nikolay Patruşevə keçəcək. İngilislərə görə, əslində Patruşev prezidenti əvəz etməsi düşünülən dörd nəfərdən biridir.
Ukrayna kəşfiyyatı isə qeyd edib ki, hazırda rusiyalı seçicilər ölkənin Qərblə yenidən sıx əməkdaşlığına nail olacaq şəxsi hakimiyyətə gətirmək üçün işə başlayıblar.