Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putin bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregini “Şərəf” ordeni ilə təltif edib. Müvafiq fərman cümə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənədin mətninə əsasən, II Qaregin “Rusiya ilə Ermənistan arasında mədəni-humanitar əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə” “Şərəf” ordeni ilə təltif edilib.