Putin hansı halda 100 faiz nüvə silahı işlədəcək?..-Ekspert cavab verir

19:21 11.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əgər Rusiya prezidenti Vladimir Putin bu ölkə ərazisində nüvə silahı yerləşdirməyə başlasa, o, nüvə zərbəsi endirməyə 100% hazır olacaq. Ukrayna, Polşa və ya Litva vurula bilər.

 

Hafta.az xəbər verir ki,  bu haqda müasir Rusiya tarixinin tədqiqatçısı Yuri Felştinski "Ukrayna 24" "YouTube" kanalında teleaparıcı Oleq Panyutaya müəllifin "Panyutaya izah etmək"  layihəsində danışıb.

 

O qeyd edib ki, Putin müharibəni dayandırmaq fikrində deyil və çətin ki, özünü Ukrayna ilə məhdudlaşdırsın.

 

"Düşünürəm ki, o, daha da irəli gedəcək. Hamımızın başa düşdüyü kimi, növbəti məkan Moldovadır. Putin Dnestryanıdakı quru dəhlizindən keçən kimi... Moldovadan sonra isə, yəqin ki, Baltikyanı ölkələrdir", - deyə Felştinski bildirib.

 

Tarixçi NATO-nun nə vaxt qabaqlayıcı zərbə endirməli olduğunu da açıqlayıb.

 

“İnanıram ki, bir saniyədən sonra (bir gün, bir saat yox, bir saniyədə) Rusiyanın Belarusa nüvə silahı ötürməyə başladığı məlum olanda, NATO Belarusa preventiv(qabaqlayıcı) zərbə endirməyə borcludur. Bu Rusiya Federasiyasının cavab reaksiyasına səbəb olacaqmı?  "Xeyr, olmayacaq. Putin Qərblə termo-nüvə toqquşmasına başlamaq istəsəydi, bunu çoxdan edərdi"- Felştinski əminliyini ifadə edib.

 

O qeyd edib ki,  çoxları hansısa müxalifət  “atom düyməsi”nin basılmasına qarşı çıxacağını hesab edir. 

 

"Orada müxalifət yoxdur, heç kim bu düyməni basmağa müqavimət göstərməyəcək. Bu, sırf praktiki hərbi hesablamadır - əvvəlcə Putin Ukraynaya qarşı müharibənin başlaması kimi digərlərindən istifadə edəcək: "Burada qoşunları cəmləşdiririk,  istədiyimiz hər şeyi bizə verin. Əks halda müharibəyə başlayacağıq".

 

"Biz oturub düşünəcəyik -bu, blefdi, ya blef deyil. Bəli, o zaman Putin Ukrayna ilə müharibəyə başlayanda da biz artıq bildik ki, bu blef deyil. Eyni şey nüvə müharibəsi öncəsi də olacaq" - deyə tarixçi izah edib.

 

Felştinski əmindir ki, Putin Belarusa raket yerləşdirməyə çalışacaq ki, bütün dünya düşünsün ki, o, blef edir, ya yox, Belarusdan Ukraynaya, Polşaya, Litvaya atəş açacaq, yoxsa bu, blefdir.

 

"Belarusda nüvə raketləri quraşdırılsa, Polşa, Litva və Ukraynanın Belarusdan vurulma ehtimalı 100 faizdir. 99 yox, 100 faizdir", - tarixçi əminliyini ifadə edib.