Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya öz müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən nüvə triadasının inkişafına “prioritet diqqət yetirəcək”.
“Bu il “Sarmat” raket sisteminin yeni ağır raketlə ilk buraxılış qurğuları döyüş növbəsindədir. Biz “Kinjal” havadan buraxılan hipersəs sistemlərinin kütləvi istehsalını davam etdirəcəyik və “Zirkon” dənizdən buraxılan hipersəs raketlərinin kütləvi tədarükünə başlayacağıq”, - dövlət başçısı bildirib.
Putin bildirib ki, hazırda qoşunlar qabaqcıl texnika - pilotsuz uçuş aparatları, artilleriya sistemləri, zərbə sistemləri, kəşfiyyat və rabitə vasitələri ilə aktiv şəkildə təmin edilir. O bildirib ki, sənaye adi silahların istehsalını, eləcə də ordu və donanma üçün perspektivli silahların seriyalı istehsalını sürətlə artırır.