Yazını böyüt
Yazını kiçilt
Kazanda keçirilən BRİKS” sammiti zamanı Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adını tələffüz edə bilməyərək çətin vəziyyətdə qalıb.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Sonuncunun çıxışından əvvəl Türkiyə Prezidentini düzgün təqdim etmək üçün üç cəhd lazım olsa da, Putin hər üç dəfə həmkarının soyadını düzgün deyə bilməyib.
Hadisə canlı lentə alınıb və sürətlə sosial şəbəkələrdə və internetdə yayılıb.
72 yaşlı Kreml rəhbəri son vaxtlar başqa dövlətlərin başçılarına müraciət edərkən çoxlu yanlışlara yol verir.
Məsələn, o, müntəzəm olaraq Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adını təhrif edir.