Yazını böyüt
Yazını kiçilt
Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Hafta.az TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Həmçinin söhbət əsnasında Qarabağdakı vəziyyət də müzakirə edilib. Putin fransalı həmkarını üçtərəfli bəyanatın həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.