Putindən çağırış: “Daha çox uşaq sahibi olun”

09:34 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı olmağın ölkə üçün normaya çevrilməli olduğunu vurğulayaraq, dövlətin bu prinsipi dəstəkləmək üçün qəti addımlar atdığını bildirib.

Hafta.az-ın yazdığına görə, iyunun 1-də qeyd olunacaq Ümumdünya Uşaqların Müdafiə Günü münasibətilə Rusiyada çoxuşaqlı ailələrlə bir araya gələn Putin tədbirdəki çıxışında “Uşaqlar valideynlər üçün bənzərsiz xoşbəxtlikdir” deyib.

"Üç və ya daha çox uşağı olan ailə mütləq bizim üçün normaya, təbii həyat tərzinə çevrilməlidir. Biz bu istiqamətdə irəliləyirik", - Putin bildirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ideyası ilk dəfə 1925-ci ildə Cenevrədə keçirilən Uşaqların Rifahı üzrə Ümumdünya Konfransından sonra irəli sürülüb və bu konfransda 54 ölkənin iştirakı ilə Cenevrə Bəyannaməsi qəbul edilib.

Ümumdünya Uşaqlar Günü 1949-cu ilin noyabrında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Konqresinin qəbul etdiyi qərarla Parisdə elan edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.