Rusiya prezidenti Vladimir Putin Çeçenistanın inkişafında mühüm rol oynadığını bildirdiyi prezident Ramzan Kadırova təriflər yağdırıb.
Hafta.az-ın yazdığına görə, Putin xüsusilə bölgənin İkinci Çeçenistan Müharibəsindən sonra əsl transformasiyaya uğradığını, hətta müharibədən sonra dağıdılan paytaxtın Qroznıdan başqa yerə köçürülməsi ilə bağlı müzakirələrin aparıldığını xatırlatsa da, bu gün tamam fərqli mənzərəni gördüyünü deyib. Putinin sözlərinə görə, Çeçenistanın paytaxtı bu gün “tamam dəyişmiş, çox gözəl şəhərdir”.
Putin Çeçenistanda görülən hər bir işin, bütün yeniliklərin və inkişafın istedadlı, zəhmətkeş çeçen xalqının əli ilə, Kadırov və onun komandasının rəhbərliyi altında həyata keçirildiyini bildirib və ona təşəkkür edib.
Dövlət başçısı əlavə edib ki, Çeçenistanda indiyədək görülənlər təsiredicidir, lakin daha çox iş görülməlidir.
Ramzan Kadırov da öz növbəsində Rusiya liderini Çeçenistana səfərə dəvət edib.