Rusiya Federasiyasının Krasnodar diyarında, prezident Vladimir Putinin Krasnaya Polyanadakı məxfi iqamətgahının yaxınlığında “Pantsir-S1” zenit-raket-top sistemi quraşdırılıb.
Hafta.az xəbər verir ki, bu barədə "Navalny LIVE" kanalının “Putinin dağ iqamətgahının sirləri” adlı araşdırmasında deyilir.
"Hava hücumundan müdafiə qurğusundan 1 kilometr aralıda Rusiya Federasiyasının prezidenti ilə rəsmi əlaqəsi olmayan binalar kompleksi var. Bütün bunlar: 20 hektar torpaq sahəsi, iki nəhəng ev, müşayiət edənlər üçün tikili, helikopter meydançası və s. sənədlərə əsasən "Qazprom"a məxsusdur". Amma əslində bu, Vladimir Putinin gizli qış iqamətgahıdır. Bu, onun xizək sürdüyü yerdir", - deyə araşdırmaçılar bildiriblər.
Bu dağ evi rəsmi olaraq "Açipse"qonaq evi adlanır. Dağ evinin Soçi Olimpiadası üçün tikildiyi bildirilir.