Yazını böyüt
Yazını kiçilt
“Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir".
Hafta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.
Ə.İsmayılov qeyd edib ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafının təkmilləşdirilməsi üçündür:
“Qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".