Qanunsuz ov edən şəxs saxlanılıb

11:48 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a-a verilən məlumata görə, rayonun Hacıqasımlı kənd ərazisində müvafiq icazəsi olmadan ov edən bir nəfər rayon sakini saxlanılıb. Ondan bir ədəd “Toz-63» markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.