Qapı arxasında qalan azyaşlılar belə xilas edildi

17:22 14.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.