Qarabağ qazisi Sumqayıtda yaşayan imkansız ailələrə yardım edib - FOTO

11:30 21.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Adil Quliyev Ağdam rayonunun Cinli kəndində doğulub, boya başa çatıb. Məlum Qarabağ hadisələri zamanı könüllü olaraq Şirin Mirzəyevin batalyonuna gedərək torpaqlarımızın müdafiəsinə qoşulur. Ağdərə, Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Ağdamın işğalından sonra Qarabağ qazisi öz ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb.

Adil Quluyev bir Qarabağ  döyüşçüsü kimi ölkə başçısını hər zaman dəstəkləyib. Vətənimizin bu ağır günündə Prezident İlham Əliyev cənablarının yanında olduğunu deyir. Ölkə rəhbərliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan Qarabağ qazisi  ürəyinin səsi ilə ölkəmizin ağır vaxtında  imkansız təbəqədən olan soydaşlarımıza  yenə də öz dəstəyini əsirgəmədi. O, könüllü şəkildə özünə mənəvi borc bilib, ailə büdcəsindən Sumqayıt şəhərində ağır vəziyyətdə yaşayan kimsəsiz, tənha və digər təbəqədən olan yoxsul ailələrə (təxminən 20 ailəyə) 1000 manat məbləğində yardım edib.  Ərzaq məhsulları ilə yanaşı, qoruyucu maska, sabun  əlcək, spirt alıb paylayıblar. Qarabağ qazisi yaxın zamanda bu ənənəni davam etdirəcək.