Qarabağda daha 138 mina zərərsizləşdirilib

12:09 10.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.03.2025- 09.03.2025) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 90 piyada əleyhinə mina, 48 tank əleyhinə mina, 605 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 365,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.