Yazını böyüt
Yazını kiçilt
Millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında tələbə inşaat dəstələri yaradılmasını təklif edib.
“Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür” - Aqil Abbas deyib.
Deputat tələbə inşaat dəstələri yaradılmasını təklif edib: “Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”