Qarabağda yaradılmış yeni iş yerlərinin sayı açıqlandı

16:41 07.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il ən çox yeni iş yeri Xankəndidə (702), ən az yeni iş yeri isə Ağdərə (9) yaradılıb.

Yeni iş yerlərinin yaradılmasında ən çox artım olan rayon isə Xocalı rayonu olub. Belə ki, bu rayonda ötən il 232 yeni iş yeri yaradılıb ki, bu da, illik müqayisədə 38,6 dəfə çoxdur. 2023-cü ildə Xocalıda yaradılmış yeni iş yerlərinin sayı 6 vahid olub.

2023-2024-cü illərdə işğaldan azad edilmiş rayonlarda yaradılmış iş yerlərinin sayı aşağıdakı cədvəldə göstərilib:

S/N Rayonlar 2024 2023
1 Xankəndi 702 0
2 Laçın 471 625
3 Şuşa 352 275
4 Xocalı 232 6
5 Ağdam 220 135
6 Kəlbəcər 202 28
7 Cəbrayıl 146 64
8 Zəngilan 93 26
9 Füzuli 73 52
10 Qubadlı 41 8
11 Xocavənd 34 52
12 Ağdərə 9 0
13 Cəmi 2 575 1 271